TÜRKPA-nın 14-cü plenar iclası Qazaxıstanda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) on üçüncü iclasında deyib.
O bildirib ki, bunun üçün lazımi şərait yaradılacaq.
Qeyd edək ki, bu gün Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib. İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib. Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.