11 İyun 09:23
15 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda bir çox ölkələrdə əmək pensiyası yaşının mərhələli şəkildə artımı prosesi gedir. Azərbaycanda kişilərlə bağlı 65 yaş müəyyən edilib. Qadınların pensiya yaşı isə mərhələli şəkildə artır. 2027-ci ildə ölkəmizdə qadınlar da kişilərlə bərabər, yəni 65 yaşında pensiyaya çıxacaq.

Bunu Teleqraf.com-a hüquqşünas Sahib Məmmədov deyib.

O qeyd edib ki, Baltikyanı ölkələrdə bu proses 2025-2027-ci illərdə mərhələli şəkildə olacaq:

“Onlarda da qadınlar və kişilər üçün pensiya yaşı 65 həddi qoyulub. Rusiyada qadınların üçün 60, kişilərdə 65 yaş qeyd edilsə də mərhələli artım müəyyənləşib. Bir çox Avropa ölkələrində də bu proses gedir”.

Hüquqşunas hesab edir ki, pensiya ilə bağlı mərhələli yaş artımını şərtləndirən bir çox cəhətlər var:

“Misal üçün Fransa sosial ölkə olsa da orada əhalinin yaş tərkibi ciddi şəkildə dəyişir. Ölkədə qocalma prosesi baş verir. Dövlətin sosial yükü ağırlaşır və bunu qarşılaya bilmir. Belə olan halda çıxış yolu kimi pensiya yaşı qaldırılır”.

Sahib Məmmədov bildirib ki, ortalama ömür müddətində qadınlar çoxluq təşkil edir:

“Azərbaycanda kişilərin pensiyaya çıxdıqdan sonra orta yaş həddi 7 ili keçmir. Qadınlar isə bu iki il daha çoxdur. Ona görə də, geriyə dönüşün olacağı gözlənilmir. Əmək pensiyası yaşının kişilərə və qadınlara münasibətdə baxılacağı və azaldılacağı ehtimalı yoxdur. Çünki bu yığım kapitalı ilə bağlı olan məsələdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər