11 İyun 08:53
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş prezidentin həbs müddəti uzadılıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Perunun sabiq prezidenti Pedro Kastillonun həbs müddəti uzadılıb.

Məhkəməyə videokonfrans vasitəsilə qatılan Castillo ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Kastilyoya qarşı prezident olduğu müddətdə beş cinayət işi açılıb. Onlardan ikisində onun cinayətkar qruplara üzvü olub-olmaması araşdırılır.

Peru Ali Məhkəməsi Kastilonu “hakimiyyətdən sui-istifadə, üsyan və sui-qəsd” ittihamı ilə 18 ay qabaqlayıcı həbs cəzasına məhkum edib.

Qeyd edək ki, Kastillo 2022-ci il dekabrın 7-də Konqres tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər