"Məhkəmənin qərarına hörmətlə yanaşacam"
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Jo Bayden oğlunun cinayət işi ilə bağlı açıqlamasında deyib.
Oğlunun uzun müddət narkotik asılılığı ilə mübarizə apardığını və dözümlü olduğu üçün oğlu ilə qürur duyduğunu bildirən Bayden bu mövzuda ona dəstək olmağa davam edəcəyini vurğuladı:
“Mən prezidentəm, amma həm də atayam. Jill və mən oğlumuzu sevirik. Mən bu işin nəticəsini qəbul edəcəm. Jill və mən həmişə Hunterin yanında olacağıq."