19 İyun 14:23
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransanın Ermənistana yalnız müharibədə, xüsusilə də, hücum əməliyyatlarında istifadəsi nəzərdə tutulan CAESAR haubitsaları verməsi Parisin Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirməq niyyətindən xəbər verir. Fransanın müdafiə naziri bu silahın Ermənistana verilməsini “müdafiə sahəsində əlaqələrin gücləndirilməsi” kimi təqdim etsə də, hər kəsə bəllidir ki, Avropa dövləti çirkin məqsədlərin addım-addım reallaşdırmaq istəyir. Ermənistandan alət kimi istifadə edən güclər həm Azərbaycan-Türkiyə birliyinin güclənməsinin qarşısını almaq istəyirlər. Eyni zamanda burada Rusiya və İrana qarşı da istifadə olunacaq hərbi poliqon formalaşdırmaq istəyirlər. Göründüyü kimi, Qərbin Ermənistanda oynadığı təhlükəli oyunlar ən azı regionun 4 dövlətinin təhlükəsizliyini təhdid edir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Fransa və Hindistanın birgə istehsalı olan hücum silahlarının Ermənistana ötürülməsinə Azərbaycan və Türkiyə ilə yanaşı, İran və Rusiya da sərt cavablar verəcəklər: “Bu cür riskli sövdələşmələr İrəvan üçün böyük risklər yaradır. Gərək Paşinyan komandası yanlış siyasətin acı nəticələrinə də hazır olsunlar. İrəvan-Paris “mehriban bacıları”nın anti-türk, anti-islam kampaniyası çərçivəsində həyata keçirilən bu cür təxribat xarakterli anlaşmalar erməniləri nəinki xöşbəxt etməyəcək, əksinə böhranı daha da dərnləşdirəcək. Geosiyasi intriqa siyasəti yürütməkdə alternativi olmayan Makron rejimi Fransa Avropa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edir. Ermənistanın sürətlə hərbiləşdirilməsi bölgəmizdə gərginliyi artırmaqla yanaşı, Azərbaycanla aparılan sülh danışıqlarına da zərbə vurur. Fransa öz tarixi keçmişini – müstəmləkəçilik siyasətini unutmamalıdır. Əlcəzair, Vyetnam, Mərakeş, Cibuti, Çad, Qabon və Tunisdə milyonlarla dinc insanı qətlə yetirən Fransanın daxilində belə siyasi böhran dərinləşir. Buradakı xalqların müstəqillik uğurunda mübarizəyə qalxması, ifrat sağçıların seçkilərdə qələbə qazanması Fransa üçün həyəcan siqnalı olmaldır”.

Politoloq onu da qeyd etdi ki, Fransanın Cənubi Qafqazda Azərbaycanın yaratmış olduğu reallıqlarla barışmaması, vəziyyəti İrəvanın xeyrinə dəyişmək siyasəti gərginliyin qorunub-saxlanılmasına xidmət edir: “İrəvan-Paris “hərbi izdivacı bölgədəki reallıqları dəyişmək gücündə deyil. Ermənistan bu cür avantürüst addımları ilə özünü region dövlətlərindən uzaqlaşdırır və təhlükəsizliyini təhdid altına qoyur. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erməni baş nazir Paşinyanla telefon danışığında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradənin olduğunu vurğuladı. Onlar iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkdilər. Gərək Paşinyan müstəmləkəçilik, təxribatçılıq xarakterindən qurtula bilməyən, məkrli siyasətini bu gün də müxtəlif formalarda davam etdirən Fransa kimi minlərlə kilometr uzaqlıqda yerləşən bir dövlətin sözü hərəkət etməsin və cənab Ərdoğanın təkliflərini düzgün qiymətləndirməyi bacarsın”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər