“Microsoft” şirkətinin qurucusu Bill Qeyts Donald Trampın yenidən ABŞ prezidenti seçilməsinin mümkün nəticələrindən danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bill Qeyts "Bloomberg" agentliyinə müsahibə verib.
İş adamı qeyd edib ki, ABŞ-də mümkün dəyişiklikləri, kimin qalib gələcəyini və nəticələrin nə olacağını proqnozlaşdırmaq çətindir. Bill Qeyts düşünür ki, Donald Tramp ABŞ prezidenti seçilərsə, ölkəni daha çox dəyişikliklər və biznes mühitində ciddi qeyri-müəyyənliklər gözləyir.
Qeyd edək ki, ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək. Tramp artıq dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək üçün lazımi sayda nümayəndə səsini toplayıb.