ABŞ prezidenti Co Bayden dünya liderləri ilə layiqli səviyyədə danışıqlar apara bilmir.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin keçmiş mətbuat katibi Kelli Makenani X sosial şəbəkəsində yazıb.
Makenani bu qənaətə Bayden və Tramp arasında seçki debatlarını izlədikdən sonra gəlib. Onun fikrincə, hazırkı prezident debatda özünü yararsız spiker kimi göstərib: "Gözlərinizi yumub, debatı dinləyin. İndi Baydenin Putin və ya Si Tsinpin ilə telefon danışığını təsəvvür etməyə çalışın”.
Xatırladaq ki, ötən gecə ABŞ-da Co Baydenlə keçmiş prezident Donald Tramp arasında teledebat olub. Debatın nəticələrinə görə, amerikalıların 67%-i Trampa üstünlük verib.