10 İyul 16:05
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq, Türkiyə və Suriyanın xarici işlər nazirlikləri Bağdadda Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşü təşkil etmək üçün danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Akhbar” İraq Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təşkilati məsələlər uzun çəkə bilər və danışıqlar üçün təxmini tarix söyləmək mümkün deyil.

Əlavə olunub ki, görüşdən əvvəl mübahisəli məsələlərin razılaşdırılması üçün üç ölkənin nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər