Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.
Həmçinin namizədliyi irəli sürülməyən YAP üzvlərinin bəzilərinin adları bəlli olub. Onların arasında Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Möhbalıyev, sabiq sədr Oqtay Əsədov da var.
Eləcə də xanım deputatlar Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın adı siyahıda yoxdur.
Qeyd edək ki, bu gün ərzində YAP-ın siyahısının açıqlanacağı gözlənilir.