Müsavat başqanı İsa Qəmbər və partiyanın Məclis sədri Arif Hacılı sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürməyəcək.
Bu barədə Teleqraf.com-a Müsavatın Məclis sədri Arif Hacılı bildirib.
"Seçkilərdə namizəd olmaq planım yoxdur, amma seçki prosesinə rəhbərlik edən şəxs kimi namizədlərimizin seçki kampaniyalarında fəal iştirak etmək niyyətindəyəm", - deyə qeyd edib.