22 İyul 10:20
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, YAP tərəfindən 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb.

Bununla bağlı YAP İdarə Heyətinin 2024-cü il 19 iyul tarixində qərar verilib.

Artıq növbədənkənar parlament seçkilərində YAP həmin dairədən Piriyeva Pərvanə Əlövsət qızı ilə təmsil olunacaq.

Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyev hazırda Mərkəzi Seçki Komissiyasının üzvü olduğuna görə onun qızı Maniyeva Aygünün adının YAP sıyahısından çıxarıldığı bildirilir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər