Sentyabrda ABŞ-nin 45-ci prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris arasında debat keçirilə bilər.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər veriri ki, təklif Amerikanın “Fox News” televiziya şirkəti tərəfindən irəli sürülüb.
"Yarışın şərtləri dəyişdiyi üçün biz keçmiş prezident Tramp və vitse-prezident Harris arasında prezidentlik debatına ev sahibliyi etmək istərdik. Debatın sentyabrın 17-də Pensilvaniyada keçirilməsini təklif edirik", - məlumatda deyilir.
"Fox News" həmçinin görüşün dəqiq tarixi, formatı və yeri, eləcə də tamaşaçıların iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrə açıq olduğunu bildirib.
Tramp daha əvvəl Harrislə təkcə bir deyil, bir neçə raund debat keçirmək istədiyini demişdi.