26 İyul 08:00
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmeri noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.

Teleqraf.com xəbər verir ki, İlham Əliyevin Kir Starmeriyə ünvanladığı dəvət məktubunun original nüsxəsini COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibendə təntənəli surətdə təqdim edib.

Qeyd edək ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar ölkələrin ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər