"Misirdə girovlar və Qəzzada atəşkəslə bağlı aparılan danışıqlar şənbə günü sıçrayış əldə edə bilməyib və dalana dirənib".
Teleqraf.com xəbər verir ki, bu barədə "Axios"-un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsindəki səhifəsində İsrail rəsmilərinə istinadən məlumat verib.
“İsrail nümayəndə heyətinin Qahirədə apardığı danışıqlar heç bir irəliləyişə səbəb olmadı. Mənbələr həmçinin vurğulayıblar ki, danışıqlar dalana dirənib, girovlar və atəşkəslə bağlı mümkün razılaşma hələ çox uzaqdadır”.