Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ƏHD Partiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qüdrət Həsənquliyev görüşdə seçki platforması barədə məlumat verib, iqtisadi inkişafı şərtləndirən amillərə toxunub və digər vacib məsələlərdən söz açıb.
Daha sonra ƏHD Partiyasının sədri görüşdə iştirak edən seçicilərin qaldırdığı problemləri dinləyib və sualları cavablandırıb.