Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmalıdır.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri özbəkistanlı həmkarı Şövkət Mirziyayev ilə mətbuata bəyanatında deyib.
“İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”, - dövlət başçısı vurğulayıb.