26 Avqust 15:20
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Bakıya səfəri zamanı Teleqram messencerinin təsisçisi Pavel Durovla görüşməyib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Xeyr”, - Peskov jurnalistin Putinin Azərbaycana səfəri zamanı Durovla görüşüb-görüşməməsi ilə bağlı sualına cavab verib.

Rusiya prezidenti avqustun 18-də iki günlük dövlət səfəri ilə Bakıda olub.

Teleqramın təsisçisi Pavel Durov avqustun 24-də Fransada saxlanılıb, onun barəsində müxtəlif ittihamların irəli sürüldüyü bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər