28 Avqust 19:37
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, üçtərəfli işçi qrupda iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri çərçivəsində həyata keçirilir.

“Biz “Zəngəzur dəhlizi” ideyası ilə bağlı İran tərəfinin müəyyən narahatlığını görürük, bu narahatlığa aydınlıq gətirilməsi üçün Tehrana müraciət etmək lazımdır. Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi isə aydındır və yaxşı məlumdur. Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab versin”, deyə Zaxarova bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər