30 Avqust 16:18
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının üzvləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbərliyi ilə görüş keçirib.

ƏHD Partiyasının mətbuat xidmətindən Teleqraf.com-a məlumata görə, görüşdə ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev və partiyanın baş katibi Yaşar Kələntərli iştirak edib.

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və digərləri ƏHD Partiyasının seçki prosesində iştirakı, namizədlər, seçki kampaniyası və digər məsələlər barədə maraqlanıb.
ƏHD Partiyasının sədri görüşdə Assambleya Şurasının üzvlərini maraqlandıran məsələlər barədə məlumat verib. Daha sonra görüş diskussiya şəklində davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər