9 Sentyabr 20:56
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildən bu günə qədər Rusiyanın ikinci böyük şəhərində fəaliyyət göstərən azərbaycanlı millət vəkili Elşən Həmzəyev Sankt-Peterburqun Nevskiy rayonundakı İvanovsk dairəsinin 153 saylı seçki dairəsindən deputat seçilib.

Elşən Həmzəyev 1972-ci ildə Astarada doğulub, 1989-cu ildə Sankt Peterburq telekommunikasiya universitetinə daxil olub. 1999-cu ildə DİN universitetini magistr kimi bitirib. İxtisasca rabitə texnologiyaları mühəndisi, həm də hüquqşünasdır.

1995-ci ildə komersiya tikinti sektorunda rəhbər vəzifələrdə çalıçıb, bugünə qədər də tikinti və əmlak sahəsində fəaliyət göstərir. Elşən Həmzəyev “KRİSTALL” tikinti şirkətinin rəhbəridir. Xatırladaq ki, həmyerlimiz
umumi səs verənlərin 41.5 % səs çoxluğu ilə deputat seçilib. Bu, Həmzəyevin 3 çü deputatlıq dönəmidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər