14 Sentyabr 15:19
2 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ sülh prosesinə yanaşmada Rusiyadan fərqlənməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“ABŞ Dövlət Departamentinin Azərbaycan-Ermənistan münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə edilən irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında əsasnaməyə dair razılaşmanı alqışlayan bəyanat yaymasının iki səbəbi var.

Birincisi, Vaşinqton bununla göstərir ki, Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan birbaşa danışıqlarda əldə edilən razılaşmaları dəstəkləyir. İkincisi, Vaşinqton belə bir açıqlama yaymaqla Kremlin yanaşmasından fərqini göstərməyə çalışıb.

Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaları dəstəkləyən bəyanatı yoxdur. Kremlin yeganə mesajı budur ki, işin içində Rusiya da olmalıdır. Vaşinqtonun oxşar iddiası yoxdur”, - ekspert bildirib.

Müvafiq bəyanat ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından sonra verilib. Blinken və Paşinyan ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər