18 Sentyabr 14:58
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq Ermənistan bu məsələdə Kremlin əsas vasitəçisi rolunda çıxış edir. Sanksiyaya məruz qalmış məhsullar məhz erməni tərəfinin iştirakı ilə Moskvaya çatdırılır. Sizcə, bu faktlara görə, Qərbin Ermənistana heç bir irad bildirməməsi nə ilə bağlıdır?

- Burada maraqlı məqamlar çoxdur. Qərb bəzi pəncərələrlə Rusiya ilə lazım olan ticarətin aparılmasında maraqlıdır. Bunun üçün də bir neçə ölkələrdən istifadə edilir. Onlardan biri də Ermənistandır. Sanksiyaya məruz qalmış məhsullar Rusiyadan və Qərbən Ermənistana göndərilirsə, bu, ticarətin idarəedilməsidir. Ermənistan özünü təcrid edilmiş ölkə kimi qələmə versə də Qərbdən ona iqtisadi, maliyyə dəstəyi var. Artıq Ermənistana Qərbdən olan yardımların sayı artıb. Yeni-yeni kanallardan İrəvana yardımlar göndərilir. Rusiya ilə Ermənistan vasitəsi ilə həyata keçirilən ticarət də bu prosesin tərkib hissəsidir. Bu səbəbdən də, Qərbdə heç kəs sanksiyaları pozduğuna görə, Ermənistanı ittiham etməyəcək. Buna görə, Ermənistana qarşı hər hansı bəyanat belə verilməyəcək. Sözsüz ki, bu ikiüzlü siyasətin göstəricisidir. Qərbin, beynəlxalq təşkilatların ikili standartları məhz bu fakt fonunda bir daha özünü təsdiq edir.

- Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları (QHT) ABŞ və Avropanın ayrı-ayrı qurumlarına Ermənistanın bu əməlləri ilə bağlı müraciətlər ünvanlayıb. Sizcə, İrəvanın ifşası ilə bağlı atılan bu addımların təsiri olacaqmı?

- Qərb bu faktlardan məlumatlıdır. Amma Qərb ictimaiyyəti hazırda elə bir media pəncərəsi daxilinə salınıb ki, onlar əsas məlumatları çox çətinliklə əldə edir. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin məlum müraciəti onu göstərir ki, biz bununla bağlı məlumatlıyıq və Qərbdəki bəzi ikiüzlü siyasətçilərin mahiyyətini görürürük. Hüquqdan, ədalətdən, demokratiyadan danışan qərb siyasətçiləri Ermənistanla bağlı bu məsələyə göz yummamalıdırlar. Çünki bu məsələləri görməzdən gəlmək onların mahiyyətini heçə endirmiş olur.

- Ermənistanın bu cür hərəkətləri ilə bağlı beynəlxalq təşkilatlarla yanaşı daha hansı platformalarda aktiv iş aparılmalıdr?

- Beynəlxalq münasibətlər sistemində təşkilatlar bu və ya digər ölkələrin diktəsi ilə hərəkət edir. Həmin təşkilatlar bu ölkələrin siyasi rəhbərliyi tərəfindən idarə edilir. Belə olduğu halda həmin təşkilatların Ermənistanın hərəkətləri ilə bağlı nəsə reaksiya verməsi belə gözlənilmir. Azərbaycandan bu təşkilatlara müraciətlərin edilməsi onların bir daha ikiüzlü siyasətinə işıq salmış olur. Bu kimi davranışların ictimaiyyət tərəfindən necə qarşılandığı onlara çatdırılır. Uzun müddət Qərbin sanksiyalarına məruz qalmış İranın belə bu prosesdə əsas köməkçisi elə Ermənistan olub. Qərbi Zəngəzur vasitəsi ilə qanunsuz silahlar, insan alveri, təbi sərvətlərin daşınması faktları mövcuddur. İranın digər istiqamətlərdə mümkün qədər daha çox maliyyə əldə etməsində də Ermənistan əlindən gələni edib. İndiki halda isə Rusiya da məhz Ermənistan üzərindən Qərbin sanksiyalarından yayınmağa çalışır və buna da nail olur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər