Bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrlərinin müavinləri seçilib.
Teleqraf.com xəbər verir ki, parlamentin komitə sədrlərinin müavinləri aşağıdakı şəxslər olub:
- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi – Elşən Musayev
- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Qüdrət Həsənquliyev
- İnsan hüquqları komitəsi - Arzuxan Əlizadə
- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi –Fatma Yıldırım
- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Badamov
- Aqrar siyasət komitəsi – Razi Nurullayev
- Əmək və sosial siyasət komitəsi – Elşad Musayev
- Səhiyyə komitəsi – Rəşad Mahmudov
- Ailə, qadın və uşaq məsələləri komitəsi –Jalə Əliyeva
- Gənclər və idman komitəsi – Könül Nurullayeva
- İctimai birliklər və dini qurumlar komitəsi - Sahib Alıyev
- Regional məsələlər komitəsi –Nurlan Həsənov
- Elm və təhsil komitəsi – Fariz İsmayılov
- Mədəniyyət komitəsi –Günay Əfəndiyeva
- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Nigar Arpadarai