İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir.
Teleqraf.com xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, bu, prosessual məsələdir: “İndi qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir”.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.