Helsinki polisi Rusiya səfirliyinin müraciəti əsasında diplomatik nümayəndəliyin ərazisində təhlükəsizlik yoxlaması aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, yoxlama yerli vaxtla saat 17:30-da başlayıb.
“Bu gün, oktyabrın 3-də Rusiya Helsinkidəki səfirliyinin tələbi ilə polis Rusiya səfirliyinin ərazisində təhlükəsizlik yoxlaması aparır”, - məlumatda deyilir.
Əhali üçün heç bir təhlükənin olmadığı qeyd edilir.