İsveçrə hökuməti Ukraynada dağıdılmış obyektlərin bərpası və yenidən qurulması layihələri üçün yardım ayıracaq.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu İsveçrənin Ukrayna və Moldova Respublikasındakı səfiri Feliks Baumann deyib.
"İsveçrə növbəti dörd il üçün Ukraynaya 1,5 milyard frank ayırmağı planlaşdırır", - Baumann qeyd edib.
Səfir bu vəsaitin bir milyardının minalardan təmizlənməsi və humanitar yardım üçün istifadə olunacağına deyib.