11 Oktyabr 12:46
3 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iddia edib ki, Azərbaycanla 4 həftə ərzində sülh müqaviləsi imzalamaq mümkündür. Baş nazir Nikol Paşinyan da bir aya sülhün əldə edilməsi ehtimalından danışıb. Azərbaycanın sülhlə bağlı əsas şərtləri təmin edilməyincə razılaşmanın hansı halda əldə ediləcəyi isə suallar yaradır.

Movzu ilə bağlı Teleqraf.com-a danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycanın irəli sürdüyü şərtlərin biri icra edilməsə, hansısa razılaşma olmayacaq.

“Sülhlə bağlı bəlli məsafə qət edilib. Bir çox şərtlər razılaşdırılıb. Amma gələcəkdə Azərbaycana qarşı təxribatlara yol açacaq məsələlər həll olunmayıb. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar mövcuddur”, - deyə o əlavə edib.

Politoloq bildirib ki, reallıqda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını təmin edəcək gücü yoxdur:

“Bu halda Ermənistan üçün çıxış yolu şərtləri təmin etməkdir. İrəvan Bakı ilə birlikdə ATƏT-ə müraciət edib Minsk Qrupunun ləğv edilməsini tələb etməlidir. Keçmiş Qarabağ münaqişəsi həll edilib və bu problemin həll edilməsi üçün yaradılmış Minsk Qrupunun qalmasına ehtiyac yoxdur. Ermənistan bu addımı atsa, gələcəkdə Azərbaycana qarşı ərazi iddiası irəli sürməyəcəyinə təminat vermiş olar”.

Zərdüşt Əlizadə hesab edir ki, yarımçıq sülh sənədinə isə Azərbaycan imza atmayacaq:

“Dəhlizlə bağlı erməni tərəfinin səsləndirdiyi fikirlər də məntiqsizdir. "Azərbaycan Naxçıvana İran ərazisindən hansı şərtlərlə gedirsə, Ermənistan ərazisindən eyni qaydalarla gedə bilər" kimi yanaşmalar reallığa uyğun deyil. İran döyüş meydanında Azərbaycana məğlub olmayıb, ərazilərini 30 il işğalda saxlayıb xarabazarlığa çevirməyib, 30 minə yaxın azərbaycanlını öldürməyib, 1 milyon vətəndaşmızı qaçqına çevirməyib və s. Ona görə də, İranla Azərbaycan keçid məsələsində başqa dildə danışır. Özünə qarşı 30 ildən artıq düşmənçilik etmiş Ermənistanla isə danışıq ritorikası fərqlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər