2 Noyabr 21:27
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Kiyevi hərbi əsirlərin mübadiləsi mövzusunda konstruktiv dialoqa qayıtmağa və müvafiq prosesləri sürətləndirməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova "Telegram" kanalında məlumat verib.

O qeyd edib ki, Rusiya tərəfi Moskva ilə Kiyev arasında məhbusların mübadiləsi üzrə işin intensivləşdirilməsinin zəruriliyindən dəfələrlə danışıb: “Hər iki tərəfdən hərbi qulluqçuların ailələri öz yaxınlarının vətənə qayıtmasını gözləyirlər”, - deyə məlumatda bildirilir.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin əsir düşən əsgərlərin dəyişdirilməsi prosesini siyasiləşdirməyə çalışır.


Müəllif: Arzu

Oxşar xəbərlər