Amerikalı iş adamı İlon Maskla və Respublikaçı namizəd Donald Tramp arasında əməkdaşlıq başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" mənbələrə istinadən yazır. Onların yaxınlaşması isə Maskın erkən səsvermənin rolu ilə bağlı Trampa yazdığı mesajlardan sonra baş verib.
Nəşr vurğulayır ki, Mask aprelin ortalarında Trampa "Vətəndaşlara erkən səs verməməyi söyləməyi dayandırmalısınız!" mesajını yazıb.
Bildirilir ki, Mask Trampın mesajı alıb-almadığından əmin deyildi, lakin elə həmin axşam siyasətçi “Truth” sosial şəbəkəsində erkən səsverməni “yaxşı seçim” adlandırıb.
O andan etibarən Mask və Trampın “yaxın ittifaqda” olduqları bildirilir.