5 Noyabr 13:53
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar bütün Ermənistan-Azərbaycan prosesi ikitərəfli formatda gedir - sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar və sülh prosesinin özü. Bu formatda xarici işlər nazirləri və dövlət başçılarının görüşləri keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Düşünürəm ki, ikitərəfli format öz nəticəsini verir. Başqa formatlara gəlincə, belə olanda kimsə gəlir, gələndə də öz maraqlarını gətirir. İkitərəfli format effektlidir, bu, davam etdirilməlidir”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər