Amerika dərman şirkəti Pfizer və Alman biotexnologiya şirkəti BioNTech yeni növ koronavirusa qarşı peyvənd istehsalına başlayıblar.
Teleqraf.com xəbər verir ki, vaksinin yönəldildiyi Amerika Birləşmiş Ştatları və Almaniyadakı laboratoriyalarda aparılan təcrübələrdən əldə edilən məlumatların təhlili prosesi davam edir.
BNT162b1 peyvəndi 11 000 könüllü üzərində tətbiq edilib. Vaksinin tətbiq edildiyi insanların 20 faizində yüngül və orta dərəcədə hərarət müşahidə olunub.
Vaksinasiya üçün klinik sınaqlardan müsbət nəticələr əldə olunduğu təqdirdə, şirkətlər ən qısa müddət ərzində vaksinin təsdiqlənməsi üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət edəcək.
BioNTech şirkəti 2021-ci ilin sonuna qədər 1,3 milyarddan çox vaksin istehsal etməyi planlaşdırır.
BioNTech və Pfizer şirkətləri iyul ayında verdikləri açıqlamada COVID-19 peyvəndinin oktyabr ayında hazır ola biləcəyini bildiriblər.