23 Avqust 2020 16:24
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 22-i axşam saatlarından avqustun 23-ü saat 11-dək yağan güclü və aramsız yağış Yevlax rayonunun yaşayış məntəqələrinə ziyan vurub.

Teleqraf.com xəbər verir ki, Bozdağdan gələn sel suları rayonun Xanabad və Əkşəm kəndlərində sakinlərin həyətlərinə dolub, təsərrüfatlarına və əmlaklarına ziyan vurub. Yevlax rayon rəhbərliyi, fövqəladə hallar komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri həmin kəndlərdə olub, əraziyə texnikalar cəlb edilib. Hazırda selin qarşısının alınması, dəyən ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər