Vaksin üzərində işləyən Amerika şirkətləri ABŞ hökumətinə effektivliyi tam sübuta yetirilməmiş vaksinlərə sertifikat verməmək xahişi ilə müraciət etməyə hazırlaşırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan "The Wall Street Journal" qəzeti məlumat yayıb.
"Moderna", "Johnson & Johnson" və "Pfize" əczaçılıq şirkətləri bu ilin oktyabrına kimi təhlükəsiz və effektiv vaksin əldə edə biləcəklərini istisna etməyiblər.