Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildiriblər ki, hazırda reanimasiya şöbələrində 108 nəfər müalicə alır. Xəstələrdən 8-i süni tənəffüs cihazına qoşulub.
Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1867 nəfərdir.