21 Sentyabr 2020 17:45
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) klinik sınaqlar dönəmində olan 30 vaksindən cəmi 6-sı üçüncü fazada sınaqdan keçirilir. TƏBİB-dən bildirilib ki, aparıcı vaksin namizədləri artıq çoxsaylı ön sifarişlər qəbul etdiyindən, tələb həçminin onların istehsalı potensialından çox olması səbəbindən növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Bunları nəzərə alaraq, 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında həkim Ədalət Rüstəm Azərbaycanın ÜST-ün vaksinini almaq üçün düzgün qərar verdiyini bildirib:

“Ötən aylarda Rusiya da vaksin hazırladığını elan etmişdi. Rusiyanın vaksinindən imtina etdilər, dünyanın əksər ölkələri Rusiyanı ələ saldı. Çünki Rusiya vaksini özünü doğrulda bilmədi. O, hələ tamamlanmayıb, sınaq mərhələlərini keçməyib. Dünya ölkələri Rusiyanın hər addımına qeyri ciddi-yanaşır. Harada ciddi elmi nailiyyətlər varsa, orada rus yoxdur.

Düşünmürəm ki, Azərbaycan bu qərarı verməyə tələsib. Çünki ÜST-ün vaksininə tələbat çox olacaq. Lakin vaksinin özünü doğrultması üçün onun azı 2 il istifadə müddəti var. Təklif edirəm ki, vaksini aldıqdan sonra bir neçə ay gözləsinlər, sonra tətbiqinə başlasınlar. Bu müddət ərzində digər ölkələrin təcrübələrini öyrənsinlər, istifadə edən ölkələrin nəticələrini izləsinlər. Məqbul olduğu halda ölkəmizdə tətbiqinə başlanılsın. Düşünürəm ki, TƏBİB-in bu addımı düzgündür”.

Ədalət Rüstəm hesab edir ki, vaksinasiya ilk olaraq yaşı 65-dən yuxarı olan şəxslər üzərində başladılmalıdır: “Əczaçılıq elmi o qədər inkişaf edib ki, dünya əhalisi çox yüksək səviyyədə vaksinlə təmin ediləcək. Nəzərə alaq ki, Azərbaycan əhalisinin bir milyona yaxını koronavirusa yoluxub, pis-yaxşı virusa qarşı immunitet formalaşıb. Əhalinin 20 faizə qədərinə vaksin vurulsa, artıqlaması ilə kifayət edəcək”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər