11 Dekabr 2020 07:55
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Artvin şəhərində yaşayan Fatma Akyüz 116 yaşında COVID-19-a qalib gəlib.

Teleqraf.com xəbər verir ki, test nəticəsi pozitiv çıxan Fatma Akyüz xəstəxanada müalicə alıb. Müalicəsi tamamlanan 116 yaşlı qadın 14 gün də ev şəraitində karantində qalıb və tam sağalıb.

Fatma Akyüz deyib ki, bu günə qədər heç vaxt xəstələnməyib və dərmanın nə olduğunu bilməyib: “Bu xəstəlik məni də tapdı. Allaha şükür ki, indi yaxşıyam. Hər kəs çox diqqətli olmalıdır. Qidalanmaya diqqət etmək, maska taxmaq və təmizliyə riayət etmək lazımdır. Şükür ki, xəstəliyi ağır keçirmədim. Bol meyvə-tərəvəzlə qidalandım.
116 yaşlı Fatma Akyüz 11 uşaq anasıdır, 38 nəvəsi var.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər