Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qərbi Pasifik direktoru Takeşi Kasai COVID-19 infeksiyasına qarşı hazırlanan peyvəndlərin qısa müddətdə infeksiyaya son qoymayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Takşei peyvəndin effektivliyinin uzun vaxt alacağını bildirib:
“Hazırkı vəziyyətdə tək qorunma yolumuz maskalardan istifadə, sosial məsafə və gigiyena qaydalarına riayət etməkdir. Vaksinasiyadan sonra da bir müddət bu tədbirlərə davam etməliyik. Təkcə özümüzü yox, ətrafımızdakıları da qorumalıyıq.
Əgər yetərli dozada peyvənd hazırlya bilsək, 2021-ci ilin sonuna qədər bütün ölkələrdə risk qruplarını vaksinasiya edə bilərik.
ÜST olaraq yaşı 60-dan yuxarı olan şəxsləri və COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərini risk qrupu hesab edirik. Peyvənd hazır olduqdan sonra ilkin vaksinasiya bu şəxslərdə aparılacaq. Aşağı risk qrupunda olan şəxslər isə 12 və ya 24 ay ərzində vaksinasiya olunacaqlar”.