Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri COVID-19 infeksiyasının mənşəyini araşdırmaq üçün bu həftə Çinə yollanıblar.
Teleqraf.com xəbər verir ki, nümayəndələr koronavirusa yoluxduğu ehtimal olunan yarasaların yaşadığı mağaraya daxil olublar.
Mağaradakı yarasalar nümayəndələrdən birinin əlini dişləyib.
Adı açıqlanmayan alim yarasanın dişlərinin rezin əlcəkdən iynə kimi keçdiyini deyib.
Hazırda Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatçıları koronavirusun mənbəyini təyin etmək üçün ölkədə araşdırmalarını davam etdirirlər.