31 Mart 2021 18:25
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən sosial mediada tibbi maskalarda qurd olduğunu iddia edən videolar yayılıb. Yayılan görüntülər insanlarda təşviş və inanmsızlığa səbəb olub.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Adil Qeybulla bildirib ki, yayılan görüntülər təxribat xarakterlidir:

“Sosial şəbəkələrdə mənasız, yalan, insanları çaşdıran fikirlər yayılır. Nanotexnologiyaya aid məsələdir, biologiya ilə əlaqəli deyil. Nanotexnologiyanın buna nə aidiyyəti var? Nano qurd nə deməkdir? O dərəcə səfeh informasiyalar gəzir ki... Ola bilər maskada molekullar olsun.

Bunlar həmişəki kimi insanlarda çaşqınlıq yaratmaq üçün yayılan məlumatlardandır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər