COVID-19 pandemiyası bu il də Həcc ziyarətinin təşkilinə təsir göstərdi. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün 9 səhifəlik əsas qaydaları açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Səudiyyənin Səhiyyə Nazirliyi iyul ayında baş tutacaq ziyarətə xaricdən 45 min, ölkə daxilindən isə 15 min nəfərin gələ biləcəyini açıqlayıb. Qaydalar arasında ziyarətçilərin vaksin olunması vacibliyi qeyd edilib. Eyni zamanda keçərli vaksinlərin də siyahısı açıqlanıb.
Siyahıda Pfizer, Oxford, Moderna və Johnson&Johnson's vaksinlərinin adı qeyd olunub. Maraqlısı isə Çinin istehsal etdiyi Sinovak vaksinin həmin siyahıda yer almamasıdır. .
Sinovak vaksinindən istifadə edən müsəlman ölkələr qəbul olunan qərardan narahatdırlar.