1 İyun 2021 17:06
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada karantin qaydaları yumşaldılır, pandemiya tələbləri çərçivəsində səfərlər bərpa olunur. Şərtlərə əsasən, qəbul edilən vaksinlərin siyahısı açıqlanıb və bu siyahılarda Çin istehsalı olan Sinovak vaksininin adı yoxdur. İnsanların böyük qismi ilk olaraq bu vaksini vurdurub, lakin hazırda vaksin pasportları keçərsizdir. Maraqlıdır, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) buna reaksiyası necədir? Nə üçün Çin vaksini siyahıya salınmır?

ÜST-ün Azərbaycan nümayəndəliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ÜST 2020-ci ilin aprel ayında pandemiya zamanı istifadəyə yarayan effektiv peyvəndlər üçün minimum meyarları elan edib.

Verilən məlumata görə, fövqəladə hallarda istifadə üçün qiymətləndirilən bütün peyvəndlər COVID-19 infeksiyasına qarşı minimum effektivlik səviyyəsinə malikdir: "Bir neçə peyvənddən yerli səhiyyə qurumlarının icazəsi ilə istifadəyə başlanılsa da, onların ÜST tərəfindən qiymətləndirilməsi tamamlanmayıb. Bu siyahıya Rusiyanın “Gamaleya” (Sputnik) peyvəndi və Çinin “Sinovak” məhsulu daxildir.

“Sinovak” məhsulunun fövqəladə hallarda istifadə üçün qiymətləndirməsi davam edir. Texniki məsləhət qrupu qiymətləndirməni başa vurduqdan sonra nəticəni açıqlayacağıq".

Məlumatda qeyd olunur ki, peyvəndlə bağlı qərarın iyun ayının əvvələrində verilməsi gözlənilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər