Milli Məclisin plenar iclasında çıxış edən deputat Rəşad Mahmudov seçildiyi Astara rayonunda mövcud olan su problemini qaldırıb.
Teleqraf.com-un məlumatına görə, millət vəkili deyib ki, bu istiqamətdə bəzi addımlar atılsa da, problemin aradan qaldırılması üçün ciddi addımların atılmasına ehtiyac var.
Deputat Lənkəran və Astara arasındakı magistral yolun keyfiyyətsizliyindən də şikayət edib.
Onun sözlərinə görə, bunu rayona gələn qonaqlar da təsdiqləyə bilər.
Millət vəkili vaxtilə İpək Yolu olaraq çəkilən yolun bu hissəsinin keçilməz vəziyyətə düşməsindən narahatlığını bildirib, əlaqədar qurumları hərəkətə keçməyə dəvət edib.