25 Dekabr 2021 11:10
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən Binəqədi Gənclər Şəhərciyi adlanan yaşayış massivi “zibil içində üzür” - desək, yanılmarıq.

Sakinlər Teleqraf.com-a bildiriblər ki, yaşayış kompeksindəki zibil konteynerləri uzun müddətdir təmizlənmir. Sakinlərin sözlərinə görə, ərazini üfünət iyi bürüsə də, aidiyyatı qurumlar bununla maraqlanmır.

Məsələ ilə bağlı Mehdiabad Bələdiyyəsi ilə əlaqə saxladıq.

Bələdiyyə sədri Vüqar Hüseynov bildirdi ki, məsələdən xəbərdardırlar:

“Sakinlərdən bizə bununla bağlı müraciət daxil olmayıb. Lakin ərazidəki vəziyyətdən xəbərdarıq. Ərazi böyük olduğu üçün küçələr növbəli şəkildə təmizlənir. Bu prosesdə təmizlik şirkətləri ilə işləyirik. Yanvar ayının sonuna qədər prosesin yekunlaşmasını planlayırıq”.

Ümid edirik ki, sakinlərin problemi tez bir zamanda həllini tapacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər