Bakı şəhərinin Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbdə müəllim şagirdə qarşı zorakılıq tətbiq edib.
Şagirdin valideyni bu barədə sosial şəbəkələrdə paylaşım edib. Qeyd edib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi Kəmalə Qasımova markeri onun əlindən alıb və şagirdin başını divara çırparaq nalayiq ifadələr işlədib.
Teleqraf.com faktla bağlı Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayıb.
Qurumdan verilən məlumata görə, müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb.
Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub.