5 Sentyabr 2022 13:56
2 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Başladığı andan etibarən iqlimi dəyişən və bizi yüksək sürətli enerji doldurma stansiyası kimi dolduran daha bir “Texnofest”in sonuna gəldik. Həyəcanımızı paylaşan və bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Gələn il İstanbulda görüşənədək”

Teleqraf.com xəbər verir ki, bu sözləri "Teknofest" İdarə Heyətinin Sədri Selçuk Bayraktar öz instaqram səhifəsində Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest Karadeniz" festivalının iştirakçılarına təşəkkür videosunu paylaşaraq yazıb. Belə ki, maddi-mənəvi dəstəkçilər sırasında təşəkkür edilənlərdən "Furqanoğlu" şirkətlər qrupunun baş direktoru Araz Musayev, İdarə Heyətinin sədri Azər Həsənsoy da yer alıb.

Qeyd edək ki, 30 avqust - 4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” festivalında “Furqanoğlu” şirkətlər qrupu da iştirak edib. Şirkəti festivalda 8 əməkdaş, o cümlədən Baş direktor Araz Musayev, İdarə Heyəti sədri Azər Həsənsoy, “Yeni Era” layihəçisi Səxavət Əhmədov və menecerləri təmsil edib. Festivaldakı Furqanoğlu - Dəmir Yumruq standında “Yeni Era” aparatının təqdimatı keçirilib.


Müəllif: Teleqraf.com