23 Mart 2023 09:45
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin fevral ayının 20-dən martın 19-dək olan müddətdə dünyada 3,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 26 mindən çox xəstə dünyasını dəyişib.

Teleqraf.com bu faktlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində əksini tapıb.

Qeyd olunur ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 46%, yoluxanların sayı 31% azalıb.

Son dörd həftə ərzində dünyada 3 738 575 yoluxma hadisəsi və 26 147 ölüm halı qeydə alınıb.

Son 28 gün ərzində ən çox yoluxma ABŞ-da aşkarlanıb - 792 202 nəfər. Sonrakı yerləri Rusiya (339 564), Çin (320 029), Yaponiya (291 672) və Almaniya (281 468) tutur.

Fevralın 20-dən martın 19-dək ABŞ-da ən çox ölüm qeydə alınıb – 8 187 nəfər. Ondan sonra Böyük Britaniya (2474), Yaponiya (1898), Braziliya (1587) və Çin (1472) gəlir.

Martın 21-nə olan məlumata görə, ÜST pandemiyanın başlanğıcından bəri 761 071 826 koronavirusa yoluxma və 6 879 677 ölüm halı qeydə alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər