5 İyun 2023 13:25
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni məktəbli formalarının ölkə üzrə tətbiqinə başlanılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

"Məktəbli formasına keçidi məktəbin pedaqoji şurası müəyyən edir. Əgər qərar versələr ki, bu il yeni formaya keçirlər, qaydaya uyğun yeni məktəbli formasına keçməlidirlər. Lakin yeni məktəbli formasına keçmək istəməyən məktəblər də var. Yeni formadan imtina edən məktəbin şagirdləri könüllü şəkildə öz seçimlərinə uyğun geyinəcəklər", - o bildirib.


Müəllif: Teleqraf.com