21 İyun 2016 13:27
2 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsinin aktiv üzvlərindən olan Vaqif Əlisoy mərhum prezident Əbülfəz Elçibəylə bağlı maraqlı bir faktı açıqlayıb. Bu barədə Elçibəyə yaxın şəxslərdən olan Ülvi Həkimov sosial şəbəkədə yazıb.

Teleqraf.com Vaqif Əlisoyun dilindən səslənən və Ülvi Həkimovun paylaşdığı həmin status təqdim edir:
"Hamının diqqəti Elçibəydə idi. Bir müddət körpüdə addımladı. Əlini gözünün üstünə qoyub Cənubi Azərbaycan tərəfə baxdı. Sonra iri addımlarla körpüdən düşüb çaya tərəf enib ayaqqabılarını çıxarıb ayağını çaya saldı, üzünü yudu. Birdən hönkürtü eşitdik. Ağlayırdı. Göz yaşları Arazın suyuna qarışırdı. Çox təsirli səhnə idi. Aydın müəllim ona yaxınlaşmaq istəyəndə İsa bəy qoymadı (bu anları Bəy ömrünün son günlərində Gülhanədə yatarkən xatırlamış və yüksək rütbəli bir türk generala danışmışdı).

Geri qayıdanda Xüdafərindən Doşulu kəndinə qədər olan 60-70 km məsafəni Əbülfəz Elçibəy bir kəlmə də danışmadı. Ertəsi gün Bakıya qayıdarkən dedi:

"Əlisoy, həyatım boyu yaşamadığım hissləri yaşadım. Buna görə sizə təşəkkür edirəm. Biz böyük, uzun bir yola çıxmışıq. Bu yolda çox şey itirə bilərik, ancaq qazancımız bütov, demokratik bir Azərbaycan olacaq. Bir zaman bu tikanlı məftillər olmayacaq. Ola bilər mən, sən o günləri görməyəcəyik, amma balalarımız və nəvələrimiz görəcək. Vaxt gələcək Şah İsmayıl Xətayinin keçdıyi körpüdən onlar da keçəcək. Allah bu yolda hamımıza kömək olsun!”

Cavid


Müəllif:

Oxşar xəbərlər