Xəzər dənizində zəlzələ olub.
Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ iyulun 10-da yerli vaxtla saat 22:28-də qeydə alınıb.
Maqnitudası 3.6, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.