14 İyul 2016 12:15
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ASAN könüllüləri ilə birgə Bakı şəhərində turistlərin daha çox olduğu İçəri Şəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində qısa sosioloji sorğu keçirilib.

Qeyd edirik ki, sorğuda 3 saat müddətində 247 nəfər turist iştirak edib və təqdim edilmiş suallar müvafiq qaydada cavablandırılıb.

247 respondentdən 19%-i Rusiyanın, 16%-i BƏƏ-nin, 10.5%-i Türkiyənin, 9%-i İraqın, 8%-i İranın, 6.5%-i Ukraynanın, 4.5%-i Böyük Britaniyanın, 26.5%-i isə digər ölkələrin payına düşür. Həmçinin turistlərin 55%-nin birinci dəfə, 45%-nin isə artıq bir neçə dəfə Azərbaycana səfər etdiyi vurğulanıb.

“Azərbaycanda nəyi bəyəndiniz?” sualına turistlərin 39%-i Azərbaycan mətbəxini, 28%-i hər şeyi, 21%-i İçəri Şəhəri, Qız Qalasını, Fəvvarələr Meydanını, Dənizkənarı Bulvarı, 7%-i isə müasir arxitekturanı bəyəndiyini bildirib.

Ölkəmizdəki turistlərə verilən “Nəyi bəyənmədiniz?” sualına isə, cavab olaraq turistlər qiymətlərin baha olmasını, ictimai nəqliyyatın rahat olmamasını, internet sürətinin zəif olmasını, ümumilikdə əhalinin, xüsusən də taksi sürücülərinin ingilis dilində zəif bilməsini qeyd edib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər